Milli İstihbarat Təşkilatı (MİT) terrorizmlə bağlı axtarışda olanlar siyahısında “narıncı” kateqoriyasında olan və “silahlı terror təşkilatı FETÖ üzvü olmaq” maddəsi ilə axtarışda olan qaçaq Koray Vuralı Tacikistanda yaxalayaraq Türkiyəyə gətirib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ-nün rəhbərliyi ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Vural Orta Asiya və Tacikistanda təşkilatçılıq fəaliyyətini təşkil edən adlar arasında olub.
Tacikistanda olduğu müddətdə tez-tez Pensilvaniyaya gedən və FETÖ lideri Fətullah Güləndən təlimat alan Vuralın qaçaq FETÖ üzvü Emsal Koç Türkiyəyə gətirildikdən sonra Tacikistandan qaçmaq üçün planlar qurduğu müəyyən edilib.