Fəxri Konsulluqdan Ukraynanı dəstəkləyən Vettelə təşəkkür – FOTObackend

F1 tarixində dörd titul qazanan və 2010, 2011, 2012, 2013 – cü illərdə Formula – 1 seriyasının qalibi olan Almaniyalı avtopilot Sebastian Vettel Ukraynanı dəstəklədiyini bütün platformalarda nümayiş etdirən məşhurlardan biridir.

“Yeni Gündəm”-in məlumatına görə, Vettel Rusiya tərəfindən işğala məruz qalan Ukrayna bayrağını öz dəbilqəsinə həkk etdirmək üçün, digər reklam xarakterli brend adlarını çıxarıb.O, Ukrayna xalqını bu çətin günlərində diqqətsiz qoymamağa çağırıb.

Vettel bildirib ki, Formula – 1 yarışlarında biz yüksək və ya asta sürətlə bir dəstək göstərə bilmərik təbii ki, lakin biz bu yarışın maddi gəlirlərini Ukrayna xalqına yönəldə və onlara hər mənada yardım edə bilərik.
Qeyd edək ki, Vettel yarış boyu, Ukrayna bayrağının rənglərini əks etdirən detallar və “No war” şüarı ilə gəzəcəyini bildirib.
Ukraynanın Azərbaycan respublikasındakı Fəxri Konsulluğu, və “Ukrainian Center” bu gözəl və həssas təşəbbüsünə görə Dünya Gran-Prisinin 4 qat qalibinə, Ukraynanın simvollarından olan Vışivankanı təqdim edərək, öz dərin təşəkkür və ehtiramını bildirir.
Bütün dünyanı sülhü dəstəkləməyə səsləyirik…
#HonoraryConsulate
#UkrainianCenter
#EducationLab
#DearAzerbaijan
#DearUkraine