Dünyanın diqqəti Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsinə yönəldiyi halda, Cənubi Çin dənizində də gərginlik artıb. Çin donanması mübahisəli bölgədə Filippin təchizat gəmisinə çox sərt müdaxilə edib.
Filippin təchizat gəmisi 2-ci Thomas Shoaldakı əsgərlərə avadanlıq göndərmək üçün mübahisəli bölgədə irəliləyərkən, Çin donanmasına aid bir döyüş gəmisi təzyiqli su ilə sərt şəkildə müdaxilə edib.
Hadisə qısa zamanda böyük gərginliyə səbəb olub. Çinli səlahiyyətlilər, “Filippin bu təxribatçı hərəkətlərinə ən qısa zamanda son qoymalı və öz dabanını vurmağı dayandırmalıdır” deyib.
Filippinin digər ölkələrlə işlədiyinə də eyham vurulub, lakin heç bir ölkənin adı çəkilməyib.
ABŞ sərt cavab verərək, “Çin Filippinin dəniz əməliyyatını və regional sabitliyini riskə atır. Pekin Cənubi Çin dənizindəki təhlükəli və sabitliyi pozan hərəkətlərini dayandırmalıdır” deyib.
Filippin lideri Ferdinand Marcos Jr. “Çin sahil mühafizəsi və donanmasının sularımızda olması qanunsuzdur və beynəlxalq qanunların pozulması deməkdir. Bu gün Filippin Xarici İşlər Nazirliyi daha sərt diplomatik addım atıb. Açıqlamada Çinin Maniladakı səfirinin nazirliyə çağırılaraq nota verildiyi qeyd edilib.
Mənbə: TGRT
Aynur Camal