Filosof Karl Marksla kim qonşu olmaq istəyəcək?backend

Elmi sosializmin banisi, alman filosofu Karl Marksın məzarının yerləşdiyi Londondakı tarixi Hayqeyt qəbiristanlığında yeni ərazilərin satışa çıxarılması qərara alınıb. Bir çox yerli və xarici turistin tez-tez gedəcəyi yerlər arasında olan qəbiristanlıqda yeni məzarların qiymətinin təxminən 25 min funt sterlinq (təxminən 1 milyon TL) olacağı bildirilib.

Sosial şəbəkələrdə edilən şərhlərdə qiymətin heç də ‘marksist’ olmadığı və məşhur filosofun məzarında “çevrilə biləcəyi” bildirilib. Ölümündən sonra Marksın yanındakı məzarda dəfn olunmaq istəyən kommunistin bu məbləği ödəyib-ödəməyəcəyi maraq doğursa da, The Guardian-dan Zoe Williams dünyanın ən zəngin adamları arasında yer alan ABŞ-lı iş adamı İlon Mask Marksın yeni qonşusu olmaq istəyə bilər” deyə məlumatda bildirilir.

Müzakirələrlə bağlı açıqlama verən Highgate Qəbiristanlığının Dostları Fondunun baş meneceri İan Dungvell, qəbiristanlığın “canlı” bir cazibə mərkəzinə çevrilməsi üçün yeni dəfnlərin daxil edilməsinin vacib olduğunu vurğulayıb.

Eyni qəbiristanlıq 2015-ci ildə gündəmə gətirilib və ziyarətçilərdən alınan 4 funt sterlinq giriş haqqı Marksın təlimi ilə bağlı mübahisələrə səbəb olub.

Mənbə: TGRT

Aynur Camal