Finlandiya 9 rus diplomatını ölkədən çıxarmaq qərarına gəldibackend

Finlandiya hökuməti Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 kəşfiyyat əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

“Yeni Gundem” xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada Finlandiya Prezidenti Sauli Niinistö ilə Nazirlər Şurasının mövcud hadisələri müzakirə etmək üçün bir araya gəldiyi bildirilib.

Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən bəyanatda aşağıdakılar qeyd olunub:

“Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropada mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kahovka bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir. həm də müharibənin yeni formada inkişaf edərək mülki əhaliyə və ətraf mühitə geniş ziyan vurması deməkdir.Həmçinin Finlandiyanın Moskvadakı səfirliyində çalışan doqquz kəşfiyyat əməkdaşının deportasiyası barədə razılıq əldə edilib.Onların hərəkətləri “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını” pozur. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandıracaq”.

Finlandiya Xarici İşlər Nazirliyi də Twitter hesabında “Finlandiya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın müvəqqəti işlər vəkilinə zəng edərək, Rusiyanın Helsinkidəki səfirliyində çalışan və kəşfiyyat işçisi olduğu təsbit edilən 9 nəfərin deportasiya edildiyini bildirdi” deyə vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal