Finlandiya bu gün Rusiya ilə bağlanan 8 sərhəd qapısından 2-ni açdıqdan saatlar sonra yenidən bağlamaq qərarına gəlib.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdəki çıxışında “Hadisə indi yenidən başlayıb və biz bütün sərhədi bağlayacağıq” deyib.
Rusiyadan gələn qeyri-qanuni mühacir axını ilə mübarizə üçün 24 noyabrda 9 sərhəd qapısından 8-ni bağlayan Finlandiya, bu gün qısa müddətə açdığı 2 sərhəd qapısını yenidən bağlamaq qərarına gəlib. Finlandiya Sərhəd Mühafizələri, sərhədlərin bağlanması ilə miqrasiya axınının dayandığını, lakin bu gün bağlanan 8 sərhəd qapısından 2-nin açılması ilə yenidən başladığını və təxminən 36 nəfərin sığınacaq axtardığını bildirib.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdəki çıxışında “Hadisə yenidən başlayıb və biz bütün sərhədi bağlayacağıq” deyib.
Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya, Rusiyanın qeyri-qanuni miqrasiyanı təşviq etdiyi iddialarından sonra noyabrın 24-də Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlamışdı və yalnız şimalda Raja-Jooseppi Sərhəd Qapısını açıq buraxıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal