Binəqədi rayonu S.Məmmədova küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Gündem” xəbər verir ki, qəza yanvarın 16-da saat 8 radələrində qeydə alınıb.
Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.