Fotoqraf saxlanıldıbackend

Fotoqraf Vəli Şükürov saxlanılıb.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, o, 27 saylı polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında fotoqrafın saxlanıldığını təsdiqləyib: “Saxlanılıb. Araşdırma aparılır. Onun saxlanılmasında siyasi motiv yoxdur”.