Fransa Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarla bağlı bəyanat yaydıbackend

Fransa iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaları qınayır.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin açıqlamasında bildirilib.

Fransa tərəfləri atəşkəs rejiminə əməl etməyə və danışıqları bərpa etməyə çağırıb.

Qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq hüquq çərçivəsində həllinə sadiqliyini təsdiqləyir.APA