Makronun Yaxın Şərqə səfəri növbəti fiasko oldu.
“Yeni Gundem” xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Yaxın Şərqə səfəri fəlakətlə nəticələnib. Bu fikri köşə yazarı Nikolas Baveret Fransanın “Le Figaro” nəşri üçün yazdığı məqalədə paylaşıb.
Onun sözlərinə görə, dövlət başçısının regiona səfəri Fransanın diplomatik deqradasiyasını bir daha təsdiqləyib. Jurnalist iddia edir ki, “Emmanuel Makronun Yaxın Şərqə səfəri növbəti fiasko idi”.
O, Fransa liderinin müxtəlif həmsöhbətlərlə ünsiyyət qurarkən mütəmadi olaraq mövqeyini dəyişdiyini diqqətə çatdırıb. Bu səbəbdən, Bavere hesab edir ki, o, diplomatik uğur qazana bilməyib.
Xatırladaq ki, Makron oktyabrın 24-də İsrailə həmrəylik səfəri üçün getmişdi. Fransa prezidenti həmçinin İordan çayının qərb sahilindəki Ramallahda fələstinli həmkarı Mahmud Abbasla görüşüb.
Mənbə: Lenta.Ru
Aynur Camal