Fransa şəhərində ictimai yerlərdə mobil telefona qadağa qoyulubbackend

Avropada bir ilk… Fransa şəhərində ictimai yerlərdə mobil telefona qadağa qoyulub.

Fransanın Seine-Port qəsəbəsində keçirilən referendumla ictimai yerlərdə cib telefonlarından istifadə qadağan edilib.

Texnologiya ilə bir çox cihaz həyatımızda əvəzolunmaz hala gəlib. Bunlardan ən əsası ağıllı mobil telefonlardır.

Həyatımızın mərkəzində olan, lakin bütün dünyaya sığan bu kiçik cihaz sosial həyatımıza da təsir edir. Bu çərçivədə Fransada iki mindən az adamın yaşadığı Seine-Portda bununla bağlı addım atılıb. Şəhərdə referendum keçirilib.

Referendumda ictimaiyyət ictimai yerlərdə smartfonlardan istifadənin məhdudlaşdırılmasını tələb edib.

Bu qəsəbədə küçədə gedərkən, park skamyalarında oturarkən, kafedə içki içərkən, restoranlarda yemək yeyərkən və ya uşağını məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağandır.

Yolunu tapa bilməyənlər ətrafdakılardan soruşacaqlar. Yolunu azmış şəxslərdən elektron cihazındakı xəritə əvəzinə ətrafdakılardan kömək istəmələri xahiş olunur.

Qəbul edilən qərarla uşaqlardan gün ərzində, yemək yeyərkən və gecə yatmazdan əvvəl bu cihazlardan istifadə etmələrinin tələb olunmadığı açıq şəkildə vurğulanıb.

Valideynlər övladlarının 15 yaşına qədər smartfondan istifadə etməyəcəyinə dair yazılı öhdəlik götürsələr, balacalara köhnə tipli ev telefonu da hədiyyə ediləcək.

Milli qanunlarda belə bir maddə olmadığı üçün polis telefondan istifadə edənləri cərimələyə bilməyəcək.

Ancaq planlar çərçivəsində təşviq ediləcək mağaza sahibləri, müştərilərə telefon istifadəsini məhdudlaşdırmaq üçün yumşaq bir şəkildə xəbərdarlıq edəcəklər.

 Bələdiyyədən gənclərə təsis sözü

Gözlərini ekrandan çəksələr darıxacaqlarını deyən bələdiyyə sədri gənclərə kino klubu, kitab mübadiləsi və idman obyekti vəd edib.

Fransada smartfon asılılığı siyasi arenada getdikcə daha çox müzakirə edilən bir məsələdir.

Prezident Emmanuel Macron keçən ay mütəxəssislərlə məsləhətləşəcəklərini və xüsusilə kiçik uşaqlar üçün istifadəsi ilə bağlı rəy alacaqlarını açıqlamışdı.

Mənbə: EnSonHaber

Aynur Camal