Fransa sel altında qaldıbackend

Fransa su altındadır! Pas-de-Kale bölgəsində daşqın baş verib.

Fransanın şimal və şərqində günlərdir davam edən daşqınlar nəticəsində bir nəfər ölüb.

Milli mətbuatda yer alan xəbərə görə, günlərdir təsirli olan pis hava şəraiti xüsusilə ölkənin şimal və şərqində həyata mənfi təsir göstərir. Dünən jandarma qrupları seldən zərər çəkmiş Loire-Atlantique əyalətində 73 yaşlı bir kişinin cansız cəsədini su altında qalan avtomobildə tapıb.

Sel və daşqınlardan ciddi zərər çəkən Pas-de-Kale əyalətinin şimalında indiyədək evlərindən təxliyə edilənlərin sayı 371 nəfərdir. Bölgədəki 189 qəsəbə və şəhərdə daşqınlar nəticəsində ümumilikdə 1299 evə ziyan dəyib. Aa çayının daşdığı və bəzi şəhər mərkəzlərinin su altında qaldığı Pas-de-Kaledə vətəndaşlar ciddi nəqliyyat problemləri yaşayır.

 Bölgə biznesmenləri 2023-cü ilin noyabrından sonra yenidən sel və daşqınlardan əziyyət çəkəcəklərini bildiriblər. Dükan sahibləri də bu vəziyyətin dükanlarına maddi ziyan vuracağından narahatdırlar.

Hökumət sözçüsü Olivier Veren və ekoloji transformasiya naziri Kristof Beçu Pas-de-Kalenin Arques şəhərində bölgədə çalışan vətəndaşlar, seçilmiş rəsmilər və yanğınsöndürənlərlə görüşüb. Fransa Meteorologiya İdarəsi, daşqınların baş verdiyi Pas-de-Kaledə ən yüksək təhlükə vəziyyəti olan “qırmızı həyəcan”ın sabaha qədər davam edəcəyini bildirib.

Mənbə: TGRT

Aynur Camal