Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini bildirib.
Hacızadə Fransa Xarici İşlər Nazirliyinin “Azərbaycanda saxlanılan Fransa vətəndaşı dərhal azadlığa buraxılmalıdır” bəyanatına yazılı cavab verib.
“Martin Rian” adlı Fransa vətəndaşının 2023-cü il dekabrın 4-də casusluqda şübhəli bilinərək saxlanıldığını, daha sonra məhkəmədə həbs edildiyini bildirən Hacızadə sözügedən şəxslə bağlı bütün əməliyyatlarda milli qanunlara və beynəlxalq öhdəliklərə tam əməl edildiyini qeyd edib.
Hacızadə bildirib ki, həmin şəxsin Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı ilə əməkdaşlıq etdiyi müəyyən edilib və bu məsələ ilə bağlı səfirliyə müraciət olunub, lakin Fransa açıqlama verməkdən və istintaqa kömək etməkdən yayınıb.
Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edildiyini deyən Hacızadə “Fransa tərəfinə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini dayandırmağı və sözügedən istintaqa müdaxilə etməyi şiddətlə tövsiyə edirik” deyib.
Mənbə: TrtHaber
Aynur Camal