Fransa X -ı ən çox bloklayan Avropa ölkəsi oldubackend

Avropa İttifaqı (Aİ) Komissiyasının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində məlumat tələbindən sonra X platformadakı məzmuna nəzarətlə bağlı şəffaflıq hesabatını dərc edib.

28 avqust və 20 oktyabr tarixlərini əhatə edən hesabata görə, platforma əsasən Fransadakı internet istifadəçiləri üçün şiddət və nifrət nitqinə qarşı silmə və dayandırma kimi nəzarət mexanizmlərini işlədib.

Bu tarixlər arasında Almaniyada 7 min 160, İspaniyada 7 min 743 yazı silindiyi halda, Fransada bu rəqəm 16 min 288 olaraq qeydə alınıb.

Platforma Fransada qadağan olunmuş məzmunun qarşısını almaq üçün 52 moderatordan ibarət komanda ilə işlədiklərini bildiriblər.

Aİ İsrailin Qəzzaya hücumlarından sonra sosial mediada dezinformasiya, qeyri-qanuni və zərərli məzmuna görə X sosial media platforması Meta və TikTok-a qarşı Birliyin onlayn qaydalarına uyğunluqları ilə bağlı araşdırma başladıb.

Avqust ayında qüvvəyə minən DSA ilə AB sosial media platformalarına sərt qaydalar gətirib.

Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.

Mənbə: TrtHaber

Aynur Camal