Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin insanlığa qarşı cinayətlərdə və müharibəyə şərik olduğunu əsas gətirərək onun həbsinə order verib.
Xatırladaq ki, bölgədəki müxaliflər Dəməşq rəhbərliyi və Rusiya ilə bağladıqları məcburi razılaşma nəticəsində 2018-ci ilin aprelində Şərqi Qutanı boşaltmalı olub.
Fransa mətbuatında yer alan xəbərə görə, 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində 1400 mülki şəxsin ölümü ilə nəticələnən kimyəvi hücumla bağlı Əsəd haqqında həbs qərarı çıxarılıb.
Məhkəmənin həbs qərarı çıxaranlar arasında Əsəddən başqa qardaşı Suriya ordusu 4-cü diviziya komandiri Mahir Əsəd və iki silahlı qüvvələrin generalı da var.
Paris məhkəməsi 2013-cü ildə və 2021-ci ildə kimyəvi hücumlarla bağlı istintaqa başlamışdı.
Hüquqi araşdırma Suriya Media və İfadə Azadlığı Mərkəzi (SCM), vəkillərdən ibarət Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (OSJI) və Suriyada insan haqları pozuntularını qeydə alan Suriya Arxivinin şikayəti əsasında açılıb.
Qırğın zamanı əksəriyyəti qadın və uşaq olmaqla minlərlə dinc sakin də zəhərli qazlardan təsirlənib.
2018-ci ildə Şərqi Quta Suriya administrasiyasının ən sərt blokada tətbiq etdiyi və demək olar ki, bütün silahlardan istifadə etdiyi bölgə olub. Onlar 5 ildir ki, həyatda qalmaq üçün mübarizə aparırlar.
5 illik mühasirədən çıxan dinc sakinlər hazırda ölkənin şimalında müxalifətin nəzarətində olan ərazilərdə sağ qalmaq üçün mübarizə aparır.
Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına görə, Dəməşq rəhbərliyi Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə 217 kimyəvi silah hücumu həyata keçirib.
Xəbər mənbəyi: Anadolu Agentliyi
Aynur Camal