Fransada dəhşət: Parkda uşaqlara hücum edildibackend

Fransanın Annes şəhərində bıçaqlı hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.

“Yeni Gundem” xəbər verir ki, səhər saatlarında  Annesdə bir şəxs parkın yaxınlığında uşaqlara bıçaqla hücum edib.

Polis hücumda şübhəli bilinən şəxsi saxlayarkən, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Hücumun baş verdiyi bölgədəki Haute-Savoie qubernatorluğu hadisə yerindən uzaq durmağa çağırıb. Fransanın baş naziri Elizabet Borne və daxili işlər naziri Cerald Darmaninin bölgəyə səfər edib.

Darmanin Twitter hesabından verdiyi açıqlamada Annesi şəhərində bıçaqlı hücumda aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığını bildirib.

Prezident Emmanuel Makron da “Twitter” hesabında hücumu “qorxaqlıq” adlandıraraq, hücumun qurbanlarının xüsusilə uşaqların olduğuna diqqət çəkib. Makron hücumla bağlı “Millət şokdadır” ifadəsini işlədərək həlak olanların ailələrinə başsağlığı verib.

Mənbə : SABAH

Aynur Camal