Fabrik Fransanın enerji nəhəngi “TotalEnergies”, “Mercedes-Benz” və “Peugeot”, “Fiat” və “Chrysler”in ana şirkəti olan “Stellantis” ilə ortaqlıqda “Automotive Cells Company” (ACC) kimi yaradılıb.
“Yeni Gundem” xəbər verir ki, elektrikli avtomobil bazarında Çin istehsalçılarına yetişmək və ölkədə yeni sənaye gedişinə başlamaq istəyən Fransa ilk akkumulyator fabrikini işə salır. Fabrik ölkənin şimalındakı Billy-Berclau şəhərində “Automotive Cells Company” (ACC) adı altında Fransanın enerji nəhəngi “TotalEnergies”, “Mercedes-Benz” və “Peugeot”, “Fiat” və “Chrysler”in alt şirkəti olan “Stellantis” ilə ortaq şəkildə qurulmuşdur.
İstehsalın yayda başlaması və ilk satışların 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.