Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı mübahisəli islahat əleyhinə bu gün 14-cü ümummilli kütləvi tətil və nümayişlər keçirilir.
“Yeni Gundem” xəbər verir ki, Fransada başda enerji və nəqliyyat olmaqla bir çox sektorun öndə gedən həmkarlar ittifaqlarının çağırışı ilə tətil və etiraz qərarı verərkən, 1 milyona yaxın insanın küçələrə çıxacağı proqnozlaşdırılır.
Nümayişlər səbəbilə səhər saatlarından paytaxt Paris və ətrafında nəqliyyatda problem yaranıb.
Fransada pensiya yaşının 64-ə qaldırılmasıEtiraz 250 nöqtədə keçiriləcək.
Fransanın hər yerində, xüsusilə Paris, Lion, Marsel və Bordo şəhərlərində 250 nöqtədə nümayişlər keçiriləcək.
Son sorğular göstərir ki, fransızların 57 faizi bugünkü tətil və nümayişləri dəstəkləyir.
Daxili işlər naziri Gerald Darmanin nümayişlərə görə ölkə daxilində 4 mini Parisdə olmaqla 11 min polis və jandarm qüvvəsinin yerləşdirildiyini açıqlayıb.
Dharmanin nümayişlərə xaricdən ifrat solçuların qatılacağı ilə bağlı alınan kəşfiyyat məlumatları əsasında əlavə tədbirlər görüldüyünü bildirib.
Xatırladaq ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermədən qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Polis etirazçılara sərt cavab verib və ölkənin bir çox yerlərində zorakılıq hadisələri baş verib.
Martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.
Kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Mənbə: TrtHaber
Aynur Camal