Fransanın danışdığı məhkəməlik iş…backend

Fransada bir cütlükdən 150 avroya aldığı maskanı 4,2 milyon avroya satan şəxs “aldatma” ittihamı ilə məhkəmə qarşısına çıxıb.

“Yeni Gundem” xəbər verir ki, təqaüdçü cütlük maskanı Qabonda müstəmləkə qubernatoru olan əcdadlarının evində tapıb.

2021-ci ildə maskanı bir tacirə 150 ​​avroya satdıqdan 6 ay sonra onun həqiqi dəyərini hərracdan sonra öyrəniblər.

Çərşənbə axşamı keçirilən ilk iclasda Qabon hökuməti satışın ləğv edilməsini və maskanın Qabona geri göndərilməsini tələb edib.

Hekayə mərkəzi Fransada yaşayan 80 yaşlı bir cütlüyün bu tacirdən Fransanın cənubundakı bağ evlərinin əşyalarını atmağı xahiş etməsi ilə başlayıb.

Onlar evi Qabonun 20-ci əsrdə müstəmləkəçi qubernatoru Rene-Viktor Fournierdən miras alıblar.

Taxta maska ​​da şkafda tapılıb. Tacir bildirib ki, maskanı alan zaman onun əsl dəyərini bilmək mümkün olmayıb. Cütlük 2022-ci ilin mart ayında Montpellier şəhərində keçirilən hərracla bağlı xəbərləri oxuyanda öyrəndilər ki, bu maska ​​Qabondakı Fang xalqı tərəfindən hazırlanmış nadir 19-cu əsr Ngi maskasıdır.

Kataloqda bu maskanın 1917-ci ildə Fournier tərəfindən “naməlum vasitələrlə” alındığı qeyd edilib.

Fransız mətbuatına danışan bir mütəxəssis, Fang ustalarının bu maskalardan yalnız 10-a yaxın istehsal etdiyini söyləyib və “Bu, Leonardo da Vinçinin rəsmlərindən daha nadir işdir” deyib.

300 min avroya hərraca çıxarılan maskanı anonim şəxs 4,2 milyon avroya alıb.

Bunun üzərinə cütlük satışın ləğvi üçün məhkəməyə müraciət edib. Davaya müdaxilə edən Qabon hökuməti maskanın Qabon xalqından oğurlandığını və geri göndərilməsi lazım olduğunu bildirib.

Xatırladaq ki, 2020-ci ildə Fransa Parlamenti müstəmləkə dövründə Seneqal və Benindən oğurlanmış əsərlərin geri qaytarılmasına səs vermişdi.

Qeyd edək ki, Fransada 90 minə yaxın Afrika əsəri var. Onların əksəriyyəti Saharaaltı Afrika ölkələrindəndir.

Mənbə: hurriyyət.tr

Aynur Camal