Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı Fransa XİN yayıb.
Fransa XİN rəhbərinin Bakı və İrəvana səfəri aprelin 26-28-i baş tutacaq.
Kolonna Azərbaycanda ölkə Prezidenti İlham Əliyev, eləcə də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
O, aprelin 28-i Gürcüstana gedəcək.