Fransaya misli görünməmiş hücum həyata keçirilibbackend

Baş nazirlik, hücumda bir çox dövlət qurumunun hədəf alındığını açıqladı. Fransada bir çox dövlət qurumlarına qarşı 2 gündür davam edən kiberhücumların görünməmiş intensivlikdə olduğu açıqlanıb. Fransa Baş Nazirlik Ofisi martın 10-dan etibarən bəzi dövlət qurumlarının kiberhücumların hədəfinə çevrildiyini açıqlayıb.

Açıqlamada, “oxşar texniki vasitələrdən istifadə etməklə” həyata keçirilən hücumların “görünməmiş intensivlikdə” olduğu bildirilib. Açıqlamada bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi bildirilib.

Digər tərəfdən, nazirliklərarası Rəqəmsal Müdirliyə (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi İnstitutuna (ANSSI) bağlı qrupların hücumlar tamamilə zərərsizləşdirilənə qədər filtrasiya işləri üçün səfərbər edildiyi açıqlanıb. Bildirilib ki, hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi də var.

Baş nazirlik bəyanatında hücumların kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməsə də, Le Figaro qəzeti Telegram vasitəsilə hücumlara görə məsuliyyəti “Anonim Sudan” adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal