Fuad Əsgərov : “XXI Dünya Gəncləri Forumunda iştirak üçün dövlət qrumlarının dəstəyi lazımdır”backend

5-9 mart 2022-ci ildə “XXI Dünya Gəncləri Forumu” Maldivdə keçiriləcək.

Qan donorluğunu əhatə edən forumda dünyanın müxtəlif ölkələrindən Qan Donorları Assosiasiyaları, Qan Bankları , könüllü donorlar və səhiyyə təşkilatları təmsil olunacaqdır . Forumun məqsədi qan donorluğunu  müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.  Qeyd edim ki, 2019-cu ildə, XIX Dünya Gəncləri Forumuna ölkəmiz ev sahibliyi etmişdi və çox uğurlu alınmışdı.

“XXI Dünya Gəncləri Forumu”na böyük heyətlə qatılmaq istəyirik. Çünki çox ciddi hədəfimiz var. Forumda ölkəmizi layiqincə təmsil edib növbəti il üçün ev sahibliyi etmək arzusunda olduğumuzu bildirəcəyik. Hədəfimiz forumu qazanıb 2023-cü ildə Şuşada keçirməkdir. Bizim maddi bazamız demək olar ki yoxdur və səfərdə iştirak üçün bir çox dövlət qrumlarına müraciət etməyi planlamışıq. Gənclərimizi dünya forumuna göndərmək üçün səfər qrantına və ezamiyyə xərcinə ehtiyacımız var.

Ümüd edirəm bizə biganə və ögey münasibət bəslənməyəcəkdir. Nəzərə almalyıq ki, qan donorluğunun inkişafı genefondumuzun qorunmasına xidmət edir.