Futbolçunu 99 şallaq zərbəsi gözləyirbackend

Ronaldonu İran qanunlarını pozduğuna görə 99 şallaq zərbəsi gözləyir.

Kristianu Ronaldo ölkədə olarkən iranlı sənətçini qucaqlayıb və bu, subay adamın zina etməsi kimi şərh edilə bilər.

“Yeni Gundem” xəbər verir  ki, bu barədə İranın Rouydad24 portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, belə ağır cəzaya səbəb portuqaliyalının davranışı olub – Ronaldo sentyabrın 19-da Asiya Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra iranlı sənətçini qucaqlayıb öpərək, bununla da ölkənin sərt qanunlarını pozub.

İranın cinayət məcəlləsinə uyğun olaraq, Ronaldo yenidən İrana səfər edərsə, qayda pozuntusuna görə 99 şallaq zərbəsi ilə cəzalandırıla bilər.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Cristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə oynadığı 11 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı çempionatının doqquz turundan sonra “Əl-Nəsr” 19 xalla üçüncü pillədə qərarlaşıb.

Mənbə: mail.ru

Aynur Camal