“Futbolun müalicəvi gücü var”backend

UEFA zəlzələdən zərərçəkənlərə yardım kompaniyası təşkil edib.

“Yeni Gundem” xəbər verir ki, kampaniyada iştirak edən Fatih Terim belə mühüm bir tədbirin – Çempionlar Liqasının finalının Türkiyənin İstanbul şəhərində keçirilməsi üçün əməyi keçən keçmiş dostlarına və indiki federasiyalara təşəkkür edib.

“Onlar ölkə üçün mühüm işlər gördülər. Bu mühüm işlərdən biri də zəlzələ qurbanı olan uşaqlarımıza edilən yardımlardır. Futbolun birləşdirici gücündən istifadə etmək üçün rasional iş görən Master Card və UEFA Fondunun ortaqlığına təşəkkür etmək lazımdır. Onların tez bir zamanda sağlamlıqlarına qovuşmaqları üçün hər zaman yanlarındadırlar. Bu çox böyük hədiyyədir. Ona görə də sizə çox təşəkkür edirəm. Futbolun belə bir müalicəvi gücü var. Bundan faydalanmaq lazımdır. Onun təkcə müalicəvi deyil, həm də birləşdirici gücü var.

Bu kompaniya uşaqlarımızın tez bir zamanda reabilitasiyası üçün böyük amil olacaq. Mən də bu yardım kompaniyasına qoşulmuşam. Əlimdən gələni etməyə hazıram. Yardım üçün məni hara göndərirlər gedirəm” – deyə Fatih Terim əlavə edib.

Fatih Terim həmçinin, tədbirə qatılan Marko Materazzi üçün, “Açığını deyim ki, çox xoşbəxtəm. Dünyaca tanınan və İtaliyanın bütün zamanların ən yaxşı oyunçularından biri olan Materazzi ilə birlikdəyik. Ona oyunda göstərdiyi töhfələrə görə təşəkkür edirəm” deyib.

Təcrübəli məşqçi çıxışının sonunda “Bir azdan pul köçürəcəm. Uşaqlarımız üçün oyuna belə başlayacağıq. Biz heç vaxt işin o tərəfində olmamışıq, amma söhbət uşaqlar olanda maddi mənəvi yardım etməyə hər zaman hazırıq.

Onlarla birlikdə olmaq çox xoşdur. Onların saf, təmiz və səmimi hissləri ilə birlikdə olmaq gözəl hissdir”. deyə vurğulayıb.

Mənbə: SporX

Aynur Camal