“Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” – Videobackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

“Yeni Gundem”in məlumatına görə, dövlət başçısı Şamaxı sakini Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbətində Şamaxıda aparılan yenidənqurma işlərindən danışıb. Bundan başqa, Prezident qəzalı vəziyyətdə olduğu üçün sökülən 2 nömrəli məktəbdən və Şamaxıya yeni təyin olunan icra başçısından da söz açıb.