Gəlin öz toyunda həbs edilibbackend

Meksikada gəlin öz toy günü polis reydi zamanı həbs edilib. Bu barədə Daily Mirror məlumat yayıb.

Nensi Lisette El Raton (Kiçik Siçan) ləqəbli qatil Klement Mendiola Martinezlə evlənmək niyyətində idi. O, qəsb və qətldə şübhəli bilinir və müstəntiqlərin fikrincə, gəlin onun şəriki olub və onunla birlikdə yerli fermerləri şantaj edib.

Polis qarşıdan gələn toydan xəbər tutub və təyin olunmuş gündə Lisetteni izləyib. Mərasim zamanı polis binaya basqın edərək onu və qara geyinmiş altı kişini saxlayıb. Martinez özü qaçmağı bacarıb. Polis onun harada olduğu barədə məlumatı paylaşan hər kəsə 300 min peso (təxminən 1,5 milyon rubl) təklif edib.

Mənbə: Lenta.Ru

Aynur Camal