Nigeriyanın Niger əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayının 12-yə yüksəldiyi bildirilib. Milli mətbuatda çıxan xəbərlərə görə, Şaqunu bölgə rəsmilərindən Faruk Ömər, Niger çayında qayıq qəzasından sonra davam edən xilasetmə işləri zamanı daha 4 nəfərin cəsədinin tapıldığını bildirib. Bununla da qəzada ölənlərin sayı 12-yə yüksəlib.
Bölgədə indiyədək aparılan işlərdə 80 nəfərin xilas edildiyini qeyd edən Ömər, bu şəxslərin ətraf xəstəxanalarda müalicə olunduğunu bildirib.
Ömər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin Niger Dövlət İctimaiyyətlə Əlaqələr Mütəxəssisi İbrahim Hüseyn yanvarın 15-də Niger çayında çevrilən qayıqda təxminən 100 nəfərin olduğunu bildirib.
Mənbə: TrtHaber
Aynur Camal