Gənc fotoqrafın “Mənim yolumda” adlı fərdi sərgisi açılacaqbackend

NUR Art House” sənət məbədi bu dəfə tamaşaçıları gənc fotoqraf Tural Rəhmanlının “Mənim yolumda” adlı fərdi sərgisinə dəvət edir.

“Yeni Gündəm” xəbər verir ki, Bakı Küçə Fotoqrafiyası Festivalının təqdim etdiyi sərginin ekspozisiyasında müəllif tərəfindən Türkiyədə, Ukraynada və Azərbaycanda çəkilmiş kadrlar yer alıb. Bu, müəllifin Azərbaycanda ilk fərdi sərgisidir. Tural Rəhmanlı küçə fotoqrafiyası janrında çəkən nadir fotoqraflardan biridir. Müəllif insanların problemlərində özünəməxsus gözəlliyi və estetikanı görərək, tamaşaçılara onları nəzərdən keçirməyi təklif edir. Sərginin kuratoru Xalid Zeynalovdur.
Sərgi iyulun 31–dən avqustun 9-dək “NUR Art House”da (İçərişəhər, Qəsr küç, 27) nümayiş olunacaq.

Ayşən Rəhim