Gəncədə ana və iki övladı dəm qazından zəhərlənibbackend

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib.

1992-ci il təvəllüdlü G.Əliyeva və iki övladı – 2015-ci il təvəllüdlü S.Əlizadə, 2018-ci il təvəllüdlü S.Əlizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.