Bu gün səhər saatlarında Gəncədə 55 yaşlı qadın göldə boğularaq vəfat edib.
“Yeni Gündem”in məlumatına görə, hadisə Yeni Gəncə ərazisində baş verib. Belə ki, Lətifə Paşayeva ərazidəki parkda salınan süni gölə ehtiyatsızlıq edərək yıxılıb. Nəticədə o, boğularaq dünyasını dəyişib.