Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayırbackend
Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Emil Quliyevin məhkəməsi başlayır.
Cnayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında Gəncədə qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Emil Quliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla 1991-ci il təvəllüdlü Abbas Əliyevi qətlə yetirib.
E.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.