Gəncədə yaradıcılıq sərgi-yarmarkası təşkil olunacaqbackend

Sentyabrın 17-18-də Gəncə şəhərindəki Filarmoniya bağı və Urban Mərkəzində “Gəncəsənət” adlı yaradıcılıq sərgi-yarmarkası təşkil olunacaq.

“Yeni Gündəm” xəbər verir ki, sərgi-yarmarka Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgi-yarmarkanın məqsədi sakinlər arasında sənətkarlıq və incəsənətə marağın artırılması, sənət növlərinin yaşadılması və inkişafı, alıcı və sənətkar arasında körpünün qurulması, eləcə də şəhərin mədəni həyatına rəng qatmaqdır.

Layihədə Gəncə şəhəri və qərb regionunda yaşayan, incəsənətin istənilən növləri ilə məşğul olan peşəkar və həvəskar insanlar öz əl işləri ilə iştirak edə bilər.