General bağ evinin yaxınlığında ağır qəzaya düşdü – VƏZİYYƏTİ AĞIRDIRbackend

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) generalı Aleksandr Travnikov Leninqrad vilayətində qəzaya düşüb.

32gun.az Rusiya mətbuatına istinadən xəbər verir ki, general-leytenant Leninqrad vilayətinin Lipovaya Qorka kəndindəki bağ evinin yaxınlığında idarəetməni itirərək maneəyə çırpılıb.

Travnikovun vəziyyəti ağır qiymətləndirilir. Həkimlər ona mədə zədəsi və böyrək yırtığı diaqnozu qoyublar.

Qeyd edək ki, o, DİN-in Sankt-Peterburq Universitetinin keçmiş rəhbəri olub.