Generalın restoranı cərimələndibackend

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranıdır.

Manset.az-ın məlumatına görə,  AQTA tərəfindən cərimələnən “Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur.