Pekində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında geniş tərkibdə danışıqlar başa çatıb.
“Yeni Gundem” RİA Novostiyə istinadən xəbər verir ki, onlar təxminən saat yarım davam edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə onlar dar formatda danışıqları davam etdirirlər, sonra isə “üz-üzə” ünsiyyət qurmağı planlaşdırıblar.
Danışıqların açıq hissəsində Putin bildirib ki, Moskva və Pekin artıq 200 milyard dollarlıq ticarət həcminə çatıb. Xi, Moskva ilə Pekin arasında “siyasi qarşılıqlı inamın durmadan dərinləşdiyini deyib.
İki ölkə liderlərinin görüşü Vladimir Putinin Si Cinpinin dəvəti ilə qatıldığı “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.
Xatırladaq ki, Putin Çinə dünən, oktyabrın 17-də gəlib.
Mənbə: mail.ru
Aynur Camal