Girovlar üçün diqqətəlayiq etirazbackend

İsraillilər HƏMAS-ın girov götürdüyü yüzlərlə çarpayı ilə diqqətəlayiq etiraz aksiyası keçiriblər.İsrailin oktyabrın 7-də Qəzza zolağına başlatdığı hücumları davam edərkən, HƏMAS-ın təşkil etdiyi Əqsa daşqın əməliyyatında çox sayda İsrail vətəndaşı Qəzzaya qaçırılaraq əsir götürülüb.

“Yeni Gundem” xəbər verir ki, İsraillilər Qərbi Qüdsdəki Qüds Bələdiyyəsi Meydanında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən girov götürülən israilliləri azad etməyə çağırıblar.

Etirazçılar Qəzzada oğurlanan girovların sayına bərabər çarpayılar yerləşdirib və çarpayıların üstünə Qəzzada girovların fotolarını asıblar.

Etirazçıların çoxu girovlara vaxtın daraldığını göstərmək üçün toplaşdıqlarını bildiriblər.

Etirazda nümayiş etdirilən çarpayıların Qəzza zolağında məcburi köçkünlər üçün tikiləcək evə veriləcəyi bildirilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal