İsrail qüvvələrinin girovları xilas etmək üçün daha bir əməliyyatı uğursuz alınıb.
İsrailin Qəzzaya hücumları 95-ci gündə də davam edir. HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları İsrail ordusunun Qəzzada girovları xilas etmə əməliyyatının “uğursuz” olduğunu açıqlayıb. İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.
Qəssam Briqadaları 2023-cü il dekabrın 8-də məhbusu xilas etmək üçün həyata keçirilən xilasetmə əməliyyatının uğursuzluğa düçar olduğunu, məhbusun qarşıdurmada öldüyünü, onu xilas etməyə gələn İsrail əsgərlərinin isə öldüyünü və yaralandığını açıqlayıb.
İsrailin Qəzzaya amansız hücumları davam etsə də, Misirdə yeni məhbus mübadiləsi ilə bağlı danışıqlardan müsbət nəticə alınmayıb. İsrail öz üsullarından istifadə edərək girovları xilas etmə əməliyyatlarını davam etdirsə də, yenə uğursuzluğa düçar olub. Qəssam Briqadaları İsrail qüvvələrinin Əl-Bureyc Qaçqınlar Düşərgəsindəki “uğursuz” əsiri xilasetmə cəhdi ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda müqavimət qüvvələrinin “İsrailli məhbusu xilas etmək üçün onun yerləşdiyini düşündükləri yerə sızan İsrail qüvvələri ilə münaqişəyə girdiyi” qeyd edilib. Bildirilib ki, qarşıdurma zamanı İsrail qüvvələri ölüb və yaralanıb, onların texnikası müsadirə edilib, məhbusları xilas etmək cəhdi uğursuz alınıb. İsrail ordusu daha sonra verdiyi açıqlamada əsirin xilas edilməsi üçün keçirilən “əməliyyat”ın uğursuz olduğunu təsdiqləyib və bu müddət ərzində 2 əsgərin ağır yaralandığını bildirib.
Mənbə: TGRT
Aynur Camal