Oturarkən mürgüləmək vərdişi ürək patologiyalarından xəbər verir.
Oturarkən yuxuya getmək vərdişi, daimi apatiya və güclü emosionallıq gizli xəstəliklərin əlamətləri ola bilər, nevroloq Yekaterina Demyanovskaya deyir. O, “İzvestiya”ya zərərsiz görünən simptomların təhlükəsindən danışıb.
Demyanovskaya xəbərdarlıq edib ki, oturarkən yuxuya getmə vərdişi təkcə yorğunluqdan yaranmır. Bu da ürək-damar xəstəliklərinin inkişafının əlaməti ola bilər. Həkim izah edib ki, ürək patologiyası olan adamda ağciyərlərdə mayenin durğunluğu yaranır, bu da nəfəs darlığına və sürətli nəfəs almağa səbəb olur. Nevroloqun sözlərinə görə, ilk vaxtlar bu əlamətlər yalnız fiziki fəaliyyət zamanı hiss olunur, lakin zaman keçdikcə istirahət zamanı yaranır və insan uzananda daha da güclənir. Demyanovskaya deyir: “Buna görə də bəzən bu xəstəliyi olan insanlar yarı oturaraq yatırlar”.
Həkim onu da qeyd edib ki, adətən stress və yorğunluqla əlaqələndirilən xroniki apatiya, yorğunluq, yaddaş itkisi və süstlük çox vaxt anemiyanın əlamətləridir. Bundan əlavə, Demyanovskaya görə, artan həyəcanlılıq, hiperaktivlik, gözyaşardıcılıq, əsəbilik və yuxusuzluq xəbərdarlıq əlaməti ola bilər.
Həkim aydınlaşdırıb ki, tərləmə, sürətli arıqlama, taxikardiya və ya əllərin titrəməsi ilə müşayiət olunan bu cür nevropsik pozğunluqlar çox vaxt qalxanabənzər vəzin xəstəliyindən xəbər verir.
Bundan əvvəl mama-ginekoloq Viktoriya Fisyuk simptomsuz olan təhlükəli qadın xəstəliklərini sadalamışdı. Onun sözlərinə görə, uşaqlıq və döş xərçəngi uzun müddət hiss olunmaya bilər.
“Demyanovskaya həmçinin koordinasiya çatışmazlığı, bulanıq görmə, tarazlığın itirilməsi, yorğunluq və zəiflik kimi simptomlar görünsə, mümkün qədər tez bir nevroloqla əlaqə saxlamağı tövsiyə etdi. O qeyd edib ki, bu pozğunluqlar bir çox nevroloji və otoimmün xəstəliklərin xüsusiyyətləridir. Erkən mərhələlərdə bu simptomlar öz-özünə keçə bilər və ya yalnız yüksək hərarət kimi müəyyən hallarda ortaya çıxa bilər. Buna görə də, hətta müvəqqəti simptomların da bir mütəxəssis tərəfindən öyrənilməsi və müayinəsi lazımdır” -deyə həkim vurğulayıb.
Mənbə: Lenta.Ru
Aynur Camal