Rusiyada məhkəmə Google-u rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
“Yeni Gundem” xəbər verir ki, Rusiyada ona qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə Google-un rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək qanuna əməl etmədiyinə qərar verib və Google-a 15 milyon rubl (təxminən 165 min dollar) cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.
Mənbə: TrtHaber
Aynur Camal