Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə Google-u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.
Google-a qarşı qaldırılan işə paytaxt Moskvanın Taqanski Regional Məhkəməsində baxılıb.
Məhkəmə, Google-un Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silmədiyi səbəbi ilə qanuna tabe olmadığına və Google-u 4 milyard 611 milyon rubl cərimələdiyinə qərar verib.
Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.
Mənbə: Ahaber
Aynur Camal