Google İsrail ordusunun tələbi ilə İsrail və Qəzza zolağında Google Maps və Waze proqramlarında trafik məlumatlarını söndürüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ prezidenti Co Bayden Fələstinin Həmas hərəkatının girovları azad etməsindən sonra Qəzza zolağında atəşkəsin tətbiqi ilə bağlı müzakirələrin mümkün olduğunu bildirib.
Oktyabrın 7-də səhər saatlarından başlayaraq İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri də Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb. Və ehtiyatda olan hərbçilərin geniş miqyaslı toplantısı elan edilib.
Mənbə: Lenta.Ru
Aynur Camal