Google problemdədir!backend

Google problemdədir! 30-dan çox şirkət məhkəməyə müraciət edib: 2,1 milyard dollar

 Avropada 30-dan çox media şirkəti ABŞ-da yerləşən Google axtarış sistemini reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyini iddia edərək, şirkətdən 2,1 milyard avro təzminat tələb edib.

Avropa mərkəzli hüquq firmaları Geradin Partners və Stek tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının Google-a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.

Açıqlamada, işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsində açıldığı, Google-un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi bildirilib. Açıqlamada Fransanın rəqabət qurumunun Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.

“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, – deyə bəyanatda bildirilir.

Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-u məhkəməyə verən şirkətlər arasında idi.

Mənbə: Ahaber

Aynur Camal