Google, süni intellekt chatbotunun seçki ilə bağlı suallara cavab verməsini məhdudlaşdırırbackend

Google, “Əkizlər” adlı süni intellekt (AI) chatbotunun Hindistan, ABŞ və Böyük Britaniya da daxil olmaqla, bu il səs verəcək bəzi ölkələrdə seçkilərlə bağlı suallara cavab verməsini məhdudlaşdırmaq qərarına gəlib. Google-un Hindistan komandası tərəfindən edilən açıqlamada, chatbotdan istifadə ilə bağlı yeni qaydaların tətbiq ediləcəyi bildirildi.

Açıqlamada, 2024-cü ildə dünyada bir çox seçkinin keçiriləcəyi, süni intellektin istifadəsində dezinformasiya ilə mübarizə aparmaq üçün Əkizlər adlı robotun seçkilərlə bağlı sualları cavablandırmasının məhdudlaşdırıldığı bildirilib.

Sözügedən bu Əkizlər adlı axtarış sistemi seçki ilə bağlı sualları- “Hazırda bu suala necə cavab verməyi düşünürəm. Bu arada Google axtarış sistemindən istifadə edə bilərsiniz” deyə cavab verib.

Google chatbotunun ağdərili insanları qara kimi göstərdiyinə görə tarixən qeyri-dəqiq şəkillər yaratdıqdan sonra tənqidlərlə üzləşib və bəzi tarixi şəxsiyyətlərin şəkillərinin yaradılmasındakı qeyri-dəqiqliklərdən xəbərdar olduğunu açıqlayaraq üzr istəyib.

Fevralın 23-də Google tarixi personajların təsvirlərindəki “dəqiqliklərdən” sonra Əkizlər sistemində insan təsvirləri yaratmaq imkanını dayandırıb.

Martın 4-də Hindistan sınaq mərhələsində olan süni intellekt platformaları və tətbiqləri ictimaiyyətə təqdim edilməzdən əvvəl texnologiya şirkətlərindən hökumətdən icazə almağı xahiş etdi.

Mənbə: TrtHaber

Aynur Camal