Fransa Rəqabət Təşkilatı Google-u platformada istifadə olunan məzmunun qiymətinə görə 2019-cu il Avropa İttifaqı qanununa əsasən cərimələyib.
Le Figaro-nun məlumatına görə, Fransa Rəqabət Təşkilatı Google-un məzmun qiymətləri ilə bağlı araşdırması nəticəsində Aİ qanunlarına zidd hərəkət etdiyinə qərar verib.
Qurum Google-u məzmunundan istifadə etdiyi fransız nəşriyyatlarına kifayət qədər rüsum ödəmədiyi üçün 250 milyon avro cərimələyib.
İndiyədək Google 450 fransız nəşriyyatı ilə rüsumlarla bağlı razılığa gəlib.
Aİ-nin 2019-cu il qanununun 15-ci maddəsi nəşriyyatlara məzmunlarının təkrar istifadəsi üçün platformalardan ədalətli təzminat almaq hüququ verən “qonşu hüquqlar” verir.
Şirkət bir çox ölkədə rəqabətə zidd davranışlara görə məhkəmə çəkişmələri ilə mübarizə aparır.
Mənbə: TrtHaber
Aynur Camal