Çində istifadə etdikləri mydriatik göz damcıları ilə korluq yaradan və gözəllik mərkəzlərini aldadan dəstənin qarşısı alınıb.
İnsanları təslim olmağa vadar edən fırıldaqçıların taktikası Çində isti mövzuya çevrilib…
Belə ki, estetik prosedurlar zamanı kor olduğunu iddia edərək klinikaları aldadan dəstənin qarşısı alınıb.
Soyadlarının Qian və Xu olduğu müəyyən edilən fırıldaqçılar Çinin Hubey əyalətinin Yichang şəhərində gözəllik klinikasının sahibləri olublar.
Klinika zəif idarəçilik ucbatından daim zərər görürdü. Onların biznesinə gələn şəxsin pul qoparmaq üçün mydriatik göz damcılarından istifadə etdiyini aşkar edən ikili bundan ilhamlanaraq itkilərini ödəmək üçün inanılmaz plan qurublar.
İkili insanları aldatmaq üçün doqquz nəfərdən ibarət “peşəkar” komanda yaradıb və hər bir dəstə üzvünə xüsusi vəzifə və məsuliyyətlər verib. Yerli mediada yayılan xəbərlərdə bildirilirdi ki, iki dəstə lideri bu sahə üzrə geniş biliyə malik olub, bu da onlara “uyğun hədəfləri” müəyyən etməyə və dəstə üzvlərinə qəsb üsulları öyrətməyə imkan verib.
Dələduzluq dəstə üzvlərinin üz qırışlarını aradan qaldırmaq üçün dəriyə hialuron turşusu yeridilən klinikaları müəyyən edib orada görüş təyin etməsi ilə başlayıb.
Mydriatic göz damcıları göz əzələlərini rahatlaşdırır və göz bəbəyini genişləndirir. Prosedur zamanı gizli şəkildə göz damcılarından istifadə edən dəstə üzvləri nəyinsə səhv olduğunu, gözlərinin ağrıdığını və sonda görə bilmədiklərini iddia ediblər. Kor olduqlarını iddia edən dəstə üzvləri xəstəxanaya gedərək birtəhər müayinədən yayınaraq sahibkarları təzminat ödəməyə məcbur ediblər.
Psixoloji təzyiq altında olan biznes sahibləri qanuni addımlardan qorxaraq fırıldaqçılara istədikləri təzminatı verməyə hazır olublar.
“South China Morning Post” qəzeti yazır ki, dəstə avqust-noyabr aylarında 20-yə yaxın gözəllik salonunu aldadıb və bir milyon yuandan (140 min dollar) çox pul qazanıb.
Yaxalanan dəstə üzvləri hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək 9 aydan 10 ilə qədər həbs və 2000-50000 yuana qədər cərimə cəzasına məhkum ediliblər.
Mənbə: hurriyyət.tr
Aynur Camal