Gözəl görünməyinizə kömək edəcək 18 qidabackend

Yediyiniz zaman gözəl görünməyinizə kömək edəcək 18 qida.

Araşdırmalara görə, müəyyən qidaların qəbulu dəri rənginin canlılığına təsir edə bilər. Təsiri alimlər tərəfindən sübuta yetirilən bəzi qidalar solğun dərini canlandırır və insanı gözəlləşdirir. Tədqiqatlar, pəhrizin dəyişdirilməsinin təsirinin günəş qaralmasından daha cəlbedici olduğunu ortaya qoyub.

Araşdırmalara görə, meyvə və tərəvəz yeməklə dəridə yaranan parıltı günəşin təsirindən daha cəlbedicidir.

 Bunun səbəbi, insanların bir çox karotenoidlə zəngin qidaları ehtiva edən qidalı pəhriz sayəsində parlaq dəri əldə etməsidir.

Karotenoidlər sarı və qırmızı bibər, ispanaq, ərik və bostan kimi meyvə və tərəvəzlərdə olan antioksidantlardır. Onlar yumurta və qızılbalıq kimi bəzi heyvan məhsullarında da olur. Meyvə və tərəvəz yediyiniz zaman bu karotenoidlər tər vəzilərinizdən keçərək dərinizin xarici təbəqəsinə qayıdır və dəriyə təbii qaralma effekti verir.

Tədqiqatlarda iştirak edən insanlar qida effekti ilə günəş effektinin cəlbedicilik səviyyəsini müqayisə ediblər. Qida ilə canlanan dəri iştirakçıların əksəriyyəti tərəfindən daha cazibədar kimi təsvir edilmişdir.

Alimlərin müəyyən etdiyi bu kimi qidalar balqabaq, pomidor, brokoli, qarpız, bibər, qreyfrut, yerkökü, ispanaq, yemiş, qayğı, manqo, dəniz məhsulları, şirin kartof,  sitrus meyvələri, yumurta,  yaşıl tərəvəzlər və.s dərinizi gözəlləşdirməyə kömək edir.

Mənbə: Ntv.Tr

Aynur Camal