“Greenlife-Baku” cərimələnirbackend

“Greenlife-Baku” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”in xəbərinə görə, müvafiq qurum tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 275.4-cü (Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) madəsinə əsasən protokol tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.