X sosial media platformasının sahibi İlon Maskın süni intellekt şirkəti xAI “Grok” adlı yeni süni intellekt modelini açıqlayıb.
XAI-nın sosial media platformasındakı paylaşımında Zarafatla təqdim olunub.
Bildirilib ki, Qrokun “unikal əsas üstünlüyü onun X platforması vasitəsilə real vaxt rejimində dünyanı bilməsidir”.
Qeyd edilib ki, süni intellekt modeli Qrok digər süni intellekt sistemlərinin “cavab verməkdən imtina etdiyi” suallara da cavab verəcək.
Grokun hələ də “beta məhsulu” olduğunu bildirən yazıda süni intellekt modelinin “sürətlə inkişaf edəcəyi” mesajı verilib.
İlon Maskın yeni süni intellekt şirkəti xAI iyul ayında təsis edilib. Şirkətin internet saytında verilən açıqlamada qeyd olunub ki, xAI-nın məqsədi “kainatın əsl mahiyyətini anlamaqdır”.
Açıqlamada, xAI komandasının Tesla və SpaceX-in baş direktoru Musk tərəfindən idarə edildiyi və komanda üzvlərinin əvvəllər DeepMind, OpenAI, Google Research, Microsoft Research, Tesla və Toronto Universitetində çalışdıqları bildirilib.
Açıqlamada, komandanın “süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, yenilikçi texnika və təhlillər təqdim etdiyi və bu sahədə ən böyük kəşflərin bəzilərinin inkişafına öncülük etdiyi” ifadə edilib.
Mənbə: TrtHaber
Aynur Camal