GT: Zelenskinin Vaşinqtondakı çıxışı Kiyevin çarəsizliyindən danışırbackend

Ukrayna prezidenti Vladimir Zelenski ciddi şəkildə Ukrayna münaqişəsi məsələsini Amerika ictimaiyyətinin diqqət mərkəzində saxlamağa çalışır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzetinə Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov yazır.

Məqalədə deyilir ki, Zelenskinin Vaşinqtonda Konqres qarşısındakı “dramatik çıxışı” bunu göstərir.
Zelenskinin əsl problemi, görünür, ABŞ-ın siyasi isteblişmentini Kiyevi dəstəkləməyə davam etməyin zəruriliyinə inandırmaq deyil, Ukrayna hekayəsini ABŞ ictimaiyyətinin diqqət mərkəzində saxlamaqdır.

Yazı müəllifinin fikrincə, münaqişə uzandıqca çətinləşir, çünki ABŞ-dakı bir çox problemlər “Ukrayna böhranını Amerika ictimai müzakirəsinin kənarına itələyir”.
“Zelenskinin Vaşinqtondakı çıxışı Ukrayna münaqişəsinin bu rutinləşməsinin davam etməsinə mane olmaq cəhdidir”, -deyə Kortunov yekunlaşdırır.

Ayşən