Güclü daşqınlar çox sayda can aldıbackend

Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb. Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Marselo Krivella mətbuata verdiyi açıqlamada bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Bir həftədir davam edən leysan nəticəsində 12 nəfərin öldüyünü qeyd edən Crivella, ötən həftə fövqəladə vəziyyət (OHAL) elan etdiklərini xatırladıb.

Crivella magistral yolların və onlarla evin su altında qaldığını, ərazilərə təcili humanitar yardımın çatdırılacağını bildirib.

Rio-de-Janeyro şəhərində son illərdə yağan güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.

Mənbə: TrtHaber

Aynur Camal